Məşhur İtaliya brendi "Moschino"nun yaradıcı direktoru David Renne 46 yaşında infarktdan vəfat edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə şirkətin məlumatında deyilir.
Onun cəmi 10 gün öncə, 1 noyabr tarixində vəzifəyə təyin olunduğu bildirilib.
Ona qədər isə Gucci dizaynerlər komandasının 20 il boyunca üzvü olub.
Qeyd edilir ki, italyan dizayner və modelyer "Moschino"da ilk kolleksiyasını 2024-cü ilin fevralında Milan Moda Həftəsində təqdim etməli idi.
Milli.Az