Dünya

Avropa İttifaqı-Çin sammitinin keçiriləcəyi tarix açıqlanıb

11 Noyabr 2023 07:28
Baxış: 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel dekabrın 7-8-də Avropa İttifaqı-Çin sammitində iştirak etmək üçün Çinə səfər edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, o, bu barədə LCI telekanalının efirində bildirib.

"Dekabrın 7 və 8-də Çin Xalq Respublikasının Sədri Si Cinpin və onun komandaları ilə ikitərəfli sammitimiz olacaq. Avropa Şurası aylardır ki, Aİ adından irəli sürəcəyi ümumi mövqeyi hazırlayır.

Bu, Avropanın Çinlə münasibətləri saxlamaq istəyinə əsaslanan balanslaşdırılmış mövqedir. Brüssel Çindən müəyyən məhsulların tədarükü kontekstində münasibətləri balanslaşdırmaqla öz iqtisadi maraqlarını müdafiə etmək niyyətindədir.

Digər tərəfdən, biz iqlim dəyişikliyi kimi qlobal məsələlərdə, eləcə də geosiyasi mövzularda Çinlə əməkdaşlıq etməyə çalışırıq. Biz Çini daha çox cəlbedici rol oynamağa təşviq etmək istəyirik ki, o, Rusiya üzərində öz təsirindən daha çox istifadə etsin"-deyə, o bildirib.

O, nümayəndə heyətinin tərkibinə Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin də daxil olacağına aydınlıq gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.