Dünya

Daşqınlar səbəbindən yüzlərlə məktəb bağlanacaq

9 Noyabr 2023 23:15
Baxış: 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın şimalında yerləşən Pa-de-Kale departamentinin 200 kommunasında daşqınlar səbəbindən məktəblər bağlanacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin "X" hesabında bildirib.

Milli Meteorologiya Xidməti departamentdə ən yüksək "qırmızı təhlükə" səviyyəsi elan edib.

Qurum qeyri-sabit hava şəraiti ilə əlaqədar əhalini maksimum ehtiyatlı olmağa və bütün təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.

Məktəblər noyabrın 12-də günün sonuna qədər bağlı qalacaq, bundan sonra hava şəraitindən asılı olaraq məhdudiyyət uzadıla bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.