Dünya

BMT-nin 92 əməkdaşı həlak olub

9 Noyabr 2023 15:11
Baxış: 449
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fələstin - İsrail münaqişəsinin kəskinləşməsindən bəri BMT-nin 92 əməkdaşı həlak olub.

Milli.Az olke.az-a istinadən bildirir ki, bu barədə dünya təşkilatının Baş katibi Antoniu Quterreş bildirib.

"Təsəvvür edə bilərsinizmi ki, Qəzza zolağında münaqişə yerində 92 həmkarını itirmiş bir təşkilatı idarə etmək nə deməkdir? Sizə deməliyəm ki, bu, çox çətindir", - Quterreş deyib.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq "müharibə hazırlığı" elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin "müharibə vəziyyətinə" girdiyini bəyan edib. Əməliyyat "Dəmir qılınclar" adlandırılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.