Dünya

Rusiya Ermənistan üçün nəzərdə tutduğu silahları bu dövlətə verməyəcək

9 Noyabr 2023 13:24
Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya Ermənistan üçün nəzərdə tutduğu silahları bu dövlətə verməyəcək. Həmin silahların Ukraynada istifadəsi nəzərdə tutulur".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yazıb.

Qeyd olunub ki, Rusiya əvvəllər silah satdığı ölkələrdən, o cümlədən Misir, Braziliya və Belarusdan həmin texnikaları geri almağa çalışır: "Misir Mi-8 və Mi-17 helikopterlərinin mühərriklərini Rusiyaya qaytarmağa razılaşıb. Bunun əvəzində Rusiyanın Misirə buğda tədarük etməsi gözlənilir. Bu ilin dekabrında həmin mühərriklərin Rusiyaya qaytarılması planlaşdırılır".

Həmçinin, bildirilib ki, Rusiya Pakistandan ən azı 4 Mi-35M helikopter mühərrikini və Braziliyadan istismardan çıxarılan 12 Mi-35M mühərrikini geri almağı xahiş edib: "Belarus isə 6 Mi-26 helikopter mühərrikini Rusiyaya geri qaytarmağa razılıq verib".

Qeyd edək ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu dünən, noyabrın 8-də Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ləğv oluna biləcəyi iddiası ilə çıxış etmişdi. Qeyd olunmuşdu ki, bu, ABŞ ilə Ermənistan arasında münasibətlərin inkişafı ilə bağlıdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.