Dünya

Qəzzada atəşkəs razılaşması əldə olunur?

8 Noyabr 2023 20:31
Baxış: 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəzza zolağında humanitar atəşkəsə dair razılaşma yaxın vaxtlarda əldə oluna bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Misir təhlükəsizlik xidmətindəki mənbəyə istinadən "Asharq" telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail hakimiyyəti radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların bir qisminin azad edilməsi müqabilində hərbi əməliyyatların müvəqqəti dayandırılmasına razılıq verib. Humanitar fasilə zamanı anklavdakı sakinlərə yardımların çatdırılması da nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.