Dünya

Altı yaşlı uşaq özünü pəncərədən atdı - Səbəb - FOTO

6 Noyabr 2023 07:30
Baxış: 2 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva yaxınlığındakı Şçelkovoda altı yaşlı uşaq yanğından qorxaraq özünü mənzilin pəncərəsindən atıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, anası onu bir müddət tək qoyub və uşaq özü üçün yemək isitmək qərarına gəlib.

Lakin sobanı yandıranda azyaşlı səhvən pişik yeməyi paketini yandırıb. Uşaq qorxusundan pəncərəni açıb və ikinci mərtəbədən atılıb.

Hazırda o, müxtəlif xəsarətlərlə xəstəxanadadır, lakin həyatı üçün təhlükə yoxdur.
Hadisə yerinə gələn polis əməkdaşları evdə qazın hələ də yandığını, lakin yanğın olmadığını müəyyən ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.