Dünya

ABŞ-da "qanuni oğru" kimi tanınan erməni milyarder AXTARIŞA VERİLDİ - FOTO

4 Noyabr 2023 19:46
Baxış: 1 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Daxili İşlər Nazirliyi "Robson" kimi tanınan erməni əsilli rusiyalı iş adamı Ruben Tatulyanı axtarışa verib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb Tatulyanın Kubanda ən böyük mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri olması və yerli inşaatçıların köməyi ilə Soçidə yaşayış binaları və ticarət mərkəzlərinin tikintisi zamanı fırıldaqçılıq etməsi olub. 

Hazırda təhlükəsizlik qüvvələri sahibkarın yerini müəyyənləşdirir. Çox güman ki, o, xaricdədir.

Məlumata görə, Tatulyan 2022-ci ildə Abxaziyada diplomatik pasport alıb.

Xatırladaq ki, sentyabrda Tatulyan və onun dostu Andronik Mumjyan oğurluq işi ilə bağlı axtarışa verilib. 2017-ci ildə Tatulyan ABŞ Xəzinədarlığı tərəfindən "qanuni oğrular" siyahısına salınıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.