Dünya

Almaniya lideri Tanzaniyadakı cinayətlərə görə üzr istədi

2 Noyabr 2023 07:59
Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer onun ölkəsi tərəfindən Tanzaniyada törədilən müstəmləkə cinayətlərinə, xüsusilə XX əsrin əvvəlində Maci-Maci qiyamı zamanı 300 min insanın qətlə yetirilməsinə görə üzr istəyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Frank-Valter Ştaynmayer bu sözləri Maci-Maci qiyamı qurbanlarının nümayəndələri ilə görüşdə söyləyib.

"Mən almanların sizin əcdadlara qarşı etdiklərinə görə üzr istəyirəm. Burada baş verənlər bizim ümumi tariximizdir, sizin əcdadlarınızın tarixidir, bizim Almaniyadakı əcdadlarımızın tarixidir", - o bildirib.

Qeyd edək ki, Maci-Maci üsyanı Almaniyanın yerli əhalini ixrac üçün pambıq yetişdirməyə məcbur etmək siyasətinə etiraz olaraq baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.