Dünya

Sirli piramidanın kədərli hekayəsi - FOTO

5 Noyabr 2023 12:00
Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya kralı III Çarlzın Şotlandiyadakı iqamətgahının yaxınlığındakı meşədə sirli piramida var.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Britaniya mətbuatı həmin piramidanın mənşəyini araşdırıb.

Məlum olub ki, piramidanın hazırlanmasının çox kədərli hekayəsi var imiş.

10 metr hündürlüyündə olan qranit piramida Şahzadə Albert "kairn"i ("cairn" - təpə kimi qalaqlanmış daşlar) kimi tanınır. Bura 1862-ci ildə Kraliça Viktoriyanın əmri ilə Balmoral qəsri yaxınlığında ucaldılıb. Səbəb isə bir il əvvəl kraliçanın həyat yoldaşını itirməsi olub. Kraliça Viktoriya bu yolla əri Şahzadə Albertin xatirəsini əbədiləşdirmək qərarına gəlib.

Qeyd edək ki, parkda ümumilikdə 16 "kairn" var. Ancaq digərləri Misir piramidasına çox da bənzəmir.

Bunlardan birincisi Şahzadə Albert tərəfindən Balmoral əmlakının alınması münasibətilə inşa edilib. Qalanları Albert və Viktoriyanın uşaqlarının toylarının şərəfinə ucaldılıb. Balmoralda son iki "kairn" 2012-ci ildə III Çarlzın anası Kraliça II Elizabetin hakimiyyətinin 60-cı ildönümünü qeyd edərkən ucaldılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.