Dünya

Pentaqon: Hərbi bazalarımız 27 dəfə hücuma məruz qalıb

1 Noyabr 2023 10:00
Baxış: 620
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İraq və Suriyada yerləşən ABŞ hərbi bazaları oktyabrın 17-dən indiyədək 27 dəfə hücuma məruz qalıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi ABŞ Hərbi Hava Qüvvələrinin generalı Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Oktyabrın 26-da özünümüdafiə məqsədilə endirdiyimiz zərbələrdən sonra hərbi bazalarımıza daha altı kiçikmiqyaslı hücum olub. Üçü İraqda, üçü Suriyada. Hazırda ümumilikdə 27 hücum qeydə alınır: oktyabrın 17-dən bu yana 16 hücum İraqda, 11 Suriyada", - general qeyd edib.

O əlavə edib ki, son hücumlar zamanı itki olmayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.