Dünya

Qəzza zolağında BMT-nin 63 əməkdaşı HƏLAK OLUB

30 Oktyabr 2023 22:33
Baxış: 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fələstin-İsrail münaqişəsinin şiddətləndiyi vaxtdan etibarən BMT-nin 63 əməkdaşı həlak olub.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkilatı üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) bəyanatında məlumat verilib.

Bildirilib ki, son 72 saat ərzində BMT-nin 10 əməkdaşı Qəzza zolağında həlak olub.Bununla da oktyabrın 7-dən bu yana dünyasını dəyişənlərin ümumi sayı 63-ə çatıb. Həmçinin BMT-nin bölgədəki 22 əməkdaşı yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.

Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.