İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Suriyadakı hərbi obyektlərə zərbələr endirib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələrinə məxsus təyyarə Suriyadan raket atışlarına cavab olaraq oradakı hərbi infrastrukturu vurub", - məlumatda deyilir.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bildirib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir Qılınclar" adlanır.
Milli.Az