Dünya

Rusiya və İran rəsmiləri Cənubi Qafqazı müzakirə etdi

26 Oktyabr 2023 22:07
Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin iranlı həmkarı Əli Bagiri ilə görüş zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

"Cənubi Qafqazdakı vəziyyət əsaslı şəkildə müzakirə olunub. Tehranda keçirilmiş "3+3" platforması üzrə nazirlər görüşünün nəticələri nəzərə alınmaqla, regionda vəziyyətin sabitləşdirilməsi üçün çoxtərəfli sazişlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb", - deyə bildirilib.

Tərəflər həmçinin Mərkəzi Asiya ilə bağlı aktual məsələlər və Ukrayna münaqişəsi ətrafında fikir mübadiləsi aparıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.