Dünya

İrəvan niyə hələ də KTMT üzvüdür? – Paşinyan

26 Oktyabr 2023 13:38
Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan xalqının və rəhbərliyinin 2021-ci ilin mayında, 2022-ci ilin sentyabrında KTMT-nin hərəkətləri və ya hərəkətsizliyi, eləcə də ikitərəfli təhlükəsizlik sazişləri ilə bağlı sualları var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan "Voll Strit Jurnal"a müsahibəsində deyib.

"Biz bu məsələlərlə bağlı söhbətə, dialoqa başladıq. Bu söhbət bu gün də davam edir, mənim də bu mövzuda danışmaq imkanım oldu, bizim müxtəlif tərəfdaşlarımız çıxış edir və bu söhbət davam edəcək, çünki burada bizim Rusiyanı daha yaxşı və düzgün başa düşməyimiz, Rusiyanın da bizi başa düşməsi həqiqətən çox vacibdir", - o bildirib.

"Niyə Ermənistan hələ də KTMT üzvüdür" sualına isə Paşinyan belə cavab verib:

"Məhz ona görə ki, biz məsələlərin müzakirə mərhələsindəyik; ona görə ki, KTMT-nin hər hansı məsələdə bizi səhv başa düşməsini istəmirik və istənilən məsələdə KTMT-ni də səhv başa düşmək istəmirik. Hansısa nəticə çıxaqmaq (qərar vermək - red.) anına qədər ardıcıl iş aparmalıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.