Dünya

Mirzoyan: Zəngəzurda Rusiya konsulluğunun açılması siyasi mesajlar ehtiva edir

25 Oktyabr 2023 18:33
Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zəngəzurda Rusiya konsulluğunun açılması siyasi mesajlar ehtiva edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

Ermənistan XİN rəhbəri bildirib ki, İrəvan və Moskva bu məsələdə fəal əməkdaşlıq edirlər.

O digər ölkələrin də Zəngəzurda səfirlik açdıqlarını qeyd edib.

"İran artıq konsulluğunu açıb, Fransa belə bir niyyətini açıqlayıb. Digər maraqlı ölkələr də var".

Nazir yekun razılaşma olmadığından həmin ölkələrin adını açıqlamayıb.

Mirzoyanın fikrincə, xarici dövlətlərin konkret regionda olması onun iqtisadi inkişafına kömək edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.