Dünya

Tehranla İrəvan bu barədə razılığa gəldi

23 Oktyabr 2023 14:05
Baxış: 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tehranla İrəvan yol ödənişlərini ləğv etmək barədə razılığa gəliblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Qeyd olunub ki, bu barədə razılıq İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşla Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan arasında keçirilən görüşdə əldə olunub.

Bəzrpaş bildirib ki, bu qərar, daha az xərclə üçüncü ölkələrə mal daşıya biləcək iş adamları üçün çox ciddi problemi həll edəcək.

Tərəflər həmçinin "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin cənubda yerləşən yerləşən hissəsinin tikintisi barədə müqavilə imzalayıblar. İranla həmsərhəd Aqarak şəhərindən Qacaran şəhərinə uzunluğu 32 km olan hissənin tikintisinə dair müqavilə imzalanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.