Dünya

Fidan Qahirədə elan etdi: Hərəkətə keçmək vaxtıdır!

21 Oktyabr 2023 16:04
Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər iki tərəf - həm İsrail, həm də Fələstin üçün ədalətli olan sülhə çalışmaq lazımdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin paytaxtı Qahirədə Fələstin-İsrail məsələsi üzrə keçirilən beynəlxalq sülh sammitində çıxışı zamanı deyib.

O bildirib ki, artıq belə bir sülhün vaxtı çatıb.

"Qəzzaya humanitar yardımın göndərilməsi sülh üçün fürsət ola bilər. Biz buna inanırıq. Beləliklə, beynəlxalq sabitliyə də töhfə veriləcək. Ola bilsin, hamı sülh istəyir. Amma sadəcə istəmək yox, həm də hərəkətə keçmək, addım atmaq lazımdır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.