Dünya

Ermənistanda vitse-mer güllələndi

20 Oktyabr 2023 23:49
Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Aştarak şəhərinin meri Vardan Safaryan silahlı insident zamanı xəsarət alıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Şamşyan.com" məlumat yayıb.

Bildirilib ki, hadisə "Qalusti dzor" istirahət zonasına gedən yolda baş verib.

Belə ki, 65 yaşlı Qalust.Q., onu oğlu 37 yaşlı Ayk Q. və 34 yaşlı Aştarak icmasının sədri Tovmas Şaqinyan arasında torpaq məsələsinə görə mübahisə yaşanıb.

Konflikt zamanı onlara bir neçə şəxs yaxınlaşıb, Qalustu yerə yıxaraq zərbələr endirib, onu daşla vurublar.

Bu zaman Ayk.Q. üzərindəki avtomat silahdan atasını döyən şəxslərə bir neçə dəfə atəş açıb.

Nəticədə 52 yaşlı Vardan Safaryan və 26 yaşlı Qor.P.İx xəsarət alıblar. Onlar əvvəlcə Aştarakda, sonra isə İrəvanda "Erebuni" xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.