İki türkiyəli turist erməni barbarlığının qurbanı olub.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, hadisə sürücünün sərnişinlərindən "siz haradansınız" sualına aldığı cavabdan sonra baş verib.
Belə ki, əvvəlcə sükan arxasında olan erməni avtomobilinə əyləşənlərin hansı millətdən olduğunu bilməyib. Bir neçə dəqiqəlik dialoqdan sonra sürücü sərnişinlərini öz dilində təhqir edib. Ardınca onları mənzil başına çatdırmadan yolun kənarında maşınından endirib.
Videonu lentə alan türkiyəli turistlər isə baş verənlərdən təəccübləndiyini ifadə edib.
"Türkiyədən olduğumuzu bilən andan əsəbiləşməyə başladı... Bizi maşından endirdi. Bağırdı, bağırdı, nəsə dedi, anlamadım. Nə gözləməliydik ki?!", - deyə o bildirib.
Qeyd: videonun əvvəlində 2-3 saniyə durğunluq var.
Milli.Az