Dünya

İtkin düşən qadından ərinə QƏRİBƏ MESAJ: "Cəhənnəmdəyəm..."

20 Oktyabr 2023 13:03
Baxış: 1 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arvadını itirən rus kişi bir müddət sonra ondan qəribə mesaj alıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ər "O, skamyada oturmuşdu və evə getmək istəmirdi. Mən onu tək buraxmaq qərarına gəldim və təxminən 30 dəqiqə gəzintiyə çıxdım. Onun orada qalacağını düşündüm, amma qayıdanda heç yerdə yox idi. Bütün parkı axtardım, sonra piyada getdim və daha iki həftə axtardım", - deyə izah edib.

Rus əlavə edib ki, arvadı sonuncu dəfə iyulun 26-da Yekaterinburqda lombardların birində müşahidə kameralarında görüntülənib.

Oktyabrın 13-də kişi arvadına mesaj yazaraq harada olduğunu söyləməsini xahiş edib. Qadın birdən cavab verib: "Mən danışa bilmirəm, cəhənnəmdəyəm".

İtkin düşən qadının anası deyib ki, rus kişi qızının ikinci həyat yoldaşıdır. 2022-ci ildə onunla evlənib, bundan sonra Omskdan Yekaterinburqa köçüb.

Vurğulanıb ki, qadının axtarışları hələ də davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.