Dünya

ABŞ kəşfiyyatından Əl-Əhli xəstəxanasına hücumla bağlı qəribə iddia

19 Oktyabr 2023 07:50
Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika və İsrail kəşfiyyat məlumatları Qəzzadakı Əl-Əhli xəstəxanasında baş verən partlayışda Qəzza Səhiyyə Nazirliyinin daha əvvəl dediyi kimi 500 deyil, "onlarla" insanın həlak olduğunu göstərir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Newsweek"ə ABŞ kəşfiyyatının yüksək vəzifəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, kəşfiyyat xidməti İsrailin xəstəxanaya hücum etmədiyinə əmindir və "Qəzza zolağından atılan raket xəstəxananın üzərinə deyil, xəstəxananın yanına düşüb".

"Neçə nəfərin öldüyünü dəqiq bilmirik, İsrail də hələ bilmir. <...> Amma bizim və İsrailin kəşfiyyatı göstərir ki, onların sayı uzağı onlarla ölçülür", - kəşfiyyat nümayəndəsi bildirərək bunun da faciə olduğunu vurğulayıb.

Eyni zamanda, o qeyd edib ki, Fələstin tərəfinin şişirdilmiş ölənlərin sayı "HƏMAS tərəfindən daha bir kütləvi şişirtmə və açıq yalan halını" nümayiş etdirir.

Xatırladaq ki, daha öncə "Guardian" Əl-Əhli xəstəxanasındakı partlayışla əlaqədar araşdırma aparıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.