Dünya

ABŞ veto qoydu, Braziliyanın qətnaməsi qəbul edilmədi

18 Oktyabr 2023 20:52
Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT Təhlükəsizlik Şurasında Braziliyanın Yaxın Şərqlə bağlı qətnamə layihəsi qəbul edilməyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, ABŞ veto hüququndan istifadə etdiyi üçün qətnamə layihəsi qəbul olunmayıb.

BMT Təhlükəsizlik Şurasının 12 üzvü qətnamə layihəsinin lehinə səs verib, Böyük Britaniya və Rusiya səsvermədə bitərəf qalıb, yalnız ABŞ onun əleyhinə səs verib.

BMT Təhlükəsizlik Şurası Braziliyanın Yaxın Şərqlə bağlı qətnamə layihəsinə Rusiya tərəfindən edilən düzəlişlərin heç birini qəbul etməyib. Bu düzəlişlərdən biri sənədin mətninə təcili humanitar atəşkəs çağırışı, ikincisi isə Qəzza zolağına ayrıseçkilik etmədən hücumları pisləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.