Dünya

Benzema vətəndaşlıqdan və “Qızıl top”dan məhrum edilir?

18 Oktyabr 2023 20:41
Baxış: 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Marsel şəhərinin vitse-meri Valeri Boyer millinin hücumçusu Kerim Benzemanı Fransa vətəndaşlığından və "Qızıl top"dan məhrum etməyə çağırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Valeri Boyer bu haqda X sosial şəbəkəsində yazıb.

"Biz ikili vətəndaşlığı olan dünyaca məşhur bir fransızın ölkəmizi bu şəkildə biabır və hətta xəyanət edə bilməsini qəbul edə bilmərik", - Boyer bildirib.

Xatırladaq ki, oktyabrın 18-də Fransanın daxili işlər naziri Gerald Darmanin Benzemanı terror təşkilatı ilə əlaqədə olmaqda ittiham edib.

Qeyd edək ki, futbolçu İsraillə hərbi münaqişənin fonunda Fələstin xalqına dəstəyini ifadə edib. O, X sosial şəbəkəsində bombardmandan zərər çəkmiş Qəzza xalqı üçün dua etdiyini yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.