Dünya

Turisti zorlayan polis həbsxanaya düşdü

19 Oktyabr 2023 00:50
Baxış: 1 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kliruoter şəhərində  polis məmuru turisti zorladığı üçün həbsxanaya düşüb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, zorlamada təqsirkar bilinən Kliruoter Polis İdarəsinin 29 yaşlı əməkdaşı Nikolas Palomadır,

Kliruoter-Biç rayonunda növbədə olan Nikolas yolayrıcında 32 yaşlı qadını saxlayıb və ona yolu qadağan olunmuş yerdən keçdiyini bildirib. Bundan sonra asayiş keşikçisi onu maşına mindirib və otelə aparacağını deyib.

Məlumata görə, Paloma yaxınlığında turisti təxminən yarım saat ərazidə gəzdirib, sonra isə onu zorlayıb və otelə düşürüb. Qadın hadisə barədə polisə xəbər verib, şübhəli şəxs tutularaq Floridadakı Pinellas dairəsi həbsxanasına aparılıb.

"Bu iş bütün hüquq-mühafizə orqanlarının reputasiyasına son dərəcə xələl gətirir. Bu, bizim peşəmizə inamı sarsıdır", - dairənin polis rəisi Erik Qandi deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.