Dünya

HƏMAS israilli girovları azad etmək üçün şərtini açıqlayıb

18 Oktyabr 2023 07:37
Baxış: 1 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İsrailin Qəzza zolağına endirdiyi hava hücumlarının dayandırması müqabilində bütün mülki girovları dərhal azad etməyə hazırıq".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu adı açıqlanmayan yüksək vəzifəli HƏMAS rəsmisi "NBC News" telekanalına bildirib.

HƏMAS nümayəndəsinin sözlərinə görə, İsrail qruplaşmanın şərtlərinə əməl edərsə, girovlar bir saat ərzində azad edilə bilər. O əlavə edib ki, İsrail həbsxanalarında saxlanılan bütün fələstinlilər də azad edilməlidir.

HƏMAS nümayəndəsi həmçinin bildirib ki, ABŞ və İsrail həbsdə olan fələstinlilərin azad edilməsi şərtlərindən xəbərdardır, çünki hərəkat ərəb liderləri ilə söhbətlərində onları üzə çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.