Türkiyə

İzmirdə polis idarəsinə hücum edən şəxsin İŞİD-lə əlaqəsi üzə çıxdı

9 Sentyabr 2025 19:18
Baxış: 463
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin İzmir şəhərinin Balçova rayonunda yerləşən polis idarəsinə silahlı hücum edən şəxsin İŞİD (İraq Şam İslam Dövləti) və İran vətəndaşları ilə əlaqəsi olub.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı Türkiyə KİV-ə istinadən məlumat verib.

Məlumata görə, Türkiyə hakimiyyəti İzmirdə polis bölməsinə silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində 27 nəfəri saxlayıb ki, onlar arasında 4 İran vətəndaşı da var. Onlardan ikisi Ankarada, biri İstanbulda, biri isə Şanlıurfada nəzarətə götürülüb.

İstintaq hücum edən şəxsin sosial media hesablarını araşdırıb, onun paylaşımlarında İŞİD-in keçmiş liderindən sitatlar gətirdiyi, həmçinin təşkilatla bağlı təbliğat apardığı müəyyən edilib.

Hücum edən şəxs sosial media hesabında öldürülən İŞİD lideri Bağdadinin "Türkiyə cihadınızın əhatə dairəsinə girdi" sözlərini paylaşıb və "Müvəhhid" təxəllüsü altında İŞİD təbliğatı ilə məşğul olub.

Atəş açan şəxsin atası da oğlunun son illərdə radikal baxışlar nümayiş etdirməyə başladığını təsdiqləyib.

Xatırladaq ki, sentyabrın 8-də İzmirdə 16 yaşlı yeniyetmə polis bölməsinə silahlı basqın edib. Nəticədə iki polis əməkdaşı həlak olub, daha biri isə ağır yaralanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.