Qəzza xəstəxanasında baş verən güclü partlayış Fələstin anklavından uğursuz raket atılması nəticəsində baş verib və buna görə "İslami Cihad" qruplaşması məsuliyyət daşıyır.
"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
"Müxtəlif mənbələrdən əldə etdiyimiz kəşfiyyat məlumatları göstərir ki, "İslami Cihad" qruplaşması Qəzzada xəstəxanaya uğursuz raket atışına görə məsuliyyət daşıyır", - deyə məlumatda qeyd olunub.
Milli.Az