Dünya

HƏMAS-ın əsas hərbi liderlərindən biri öldürüldü

17 Oktyabr 2023 21:04
Baxış: 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Müdafiə Qüvvələri HƏMAS hərəkatının əsas hərbi liderlərindən biri Ayman Nofəlin öldürüldüyünü açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hərbçilər onun terror qruplaşmasının hərbi lideri Məhəmməd Deyfə yaxın olduğunu xatırladıblar.

Nofəl (həmçinin Əbu Məhəmməd kimi tanınır) HƏMAS hərbi şurasının üzvü və HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının mərkəzi komandanlığının rəhbəri idi. O, sıravi israillilərə və ölkənin təhlükəsizlik qüvvələrinin üzvlərinə qarşı terror hücumlarına, silahların hazırlanmasına və istehsalına görə məsuliyyət daşıyırdı.

Qeyd edək ki, Nofəl indiyədək 7 oktyabr hücumundan sonra öldürülən HƏMAS-ın ən yüksək rütbəli məmurudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.