Ramiz Mehdiyevdən sonra İsa Həbibəylinin də fəaliyyət dövrü araşdırılmağa başlanıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) araşdırmalar davam edir.
Araşdırma AMEA prezidenti İsa Həbibbəylinin rəhbərlik etdiyi dövrü, eyni zamanda, daha öncəki rəhbərlərin (Ramiz Mehdiyev, Akif Əlizadə) fəaliyyət illərini əhatə edir.
Araşdırmanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparıldığı bildirilir.
İstintaq AMEA-da mənimsəmə və sui-istifadə hallarının olub-olmamasını araşdırır.
Qeyd edək ki, indiyədək AMEA-da baş verən qanun pozuntuları ilə bağlı fərqli illərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müxtəlif cinayət işləri istintaq olunub.
Baş prokuror Kamran Əliyev də oktyabrın 1-də mətbuata açıqlamasında AMEA-da ayrı-ayrı vaxtlarda baş verən qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparıldığını bildirmişdi.
O, cinayət işlərinin bir neçə istiqamət üzrə araşdırıldığını açıqlamışdı. "Məndə olan məlumata görə, artıq bəzi epizodlar üzrə ibtidai istintaq yekunlaşıb. Həmin cinayət işləri baxılması üçün məhkəməyə göndərilib".
Hazırda isə sözügedən qurumdakı qanun pozuntuları ilə bağlı başqa cinayət işi üzrə ibtidai istintaq davam etdirilir./APA
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Röya və Əbdül Xalid 23 il öncə - (Video)
-
Məsumə Məlikovanın 97 yaşı tamam oldu
-
Binanın blokunda toy edib, süfrə açdılar - (Video)
-
Xalq artisti görünüşü ilə müzakirə yaratdı - (Video)
-
Sabah Bakıda yağış yağacaq
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
-
Tanınmış meyxanaçıların rəqsi gündəm oldu – (Video)
-
"İsrail Suriyaya hücum edə bilər"
-
Prezident İlham Əliyev Livan Prezidentini təbrik edib
-
Xalq artistinin illər əvvəlki görüntüləri yayıldı (Fotolar)
-
Bakının mərkəzində bu ərazilərə maşınla giriş pullu olacaq: İlk 15 dəqiqənin tarifi 3 manat
-
Bu şəxslərin elektrik xərclərinin yarısını dövlət ödəyəcək
-
Azərbaycanda tələbə qəfil öldü
-
Niderland məhkəməsi BYD-nin bu modelinin satışını qadağan etdi (Foto)
-
"Yaprak dökümü"nün aktrisasının görünüşü müzakirə yaratdı – (Video)
-
"Titanik" sərnişininin saatı bu qiymətə satıldı
-
"Mənimlə duet oxumaq istəyən 10-15 min manat ödəməlidir"
-
Aparıcı Xəyalə ilə Rilaya qəzaya düşdülər (Video)
-
Vinisius "Real"ın 3 oyunçusunu Braziliyaya aparacaq
-
Şamaxıda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub (Foto)
-
Aysun İsmayılova: "2 aydır çörək yemirəm, 48 kq oldum" (Video)
-
21 yaşlı türk 80 yaşlı italyan sevgilisinə evlilik təklifi etdi (Video)
-
Qazaxda 2 nəfər bıçaqlandı
-
"Mənim kimi bacısı var, qoymaram möhtac olsunlar" - Xalq artisti ağladı - (Video)





