Ölkə

Bakının mərkəzində "BMW" ilə səs-küy salıb, qaydaları pozdular - VİDEO

29 Oktyabr 2025 13:10
Baxış: 691
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının mərkəzi küçələrində bir qrup vətəndaşın avtomobillə davranışı ictimai narahatlıq yaradıb.

Milli.Az bildirir ki, "BMW" markalı avtomobillə hərəkətdə olan vətəndaşlar musiqinin səsini artıraraq sakinlərin narazılığına səbəb olublar.

Eyni zamanda avtomobildə olan sərnişinlərdən biri də təhlükəsizlik qaydalarını pozaraq hərəkət zaman pəncərədən çölə çıxıb.

Sürücü isə həmin zaman telefonla məşğul olub.

Qeyd edək ki, inzibati xətalar məcəlləsinə əsasən axşam saat 23.00-dan səhər saat 07.00-a qədər yüksək səslə mahnıya qulaq asmaq qanunla qadağandır.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.