Dünya

Tel-Əviv və Qüdsdə həyəcan təbili çalındı

16 Oktyabr 2023 19:35
Baxış: 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tel-Əviv və Qüdsdə həyəcan təbili səsləri eşidilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həyəcan təbilindən sonra İsrailin "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi işə salınıb.

İsrail mediası Parlamentin Baş Assambleyasının boşaldıldığını və insanların sığınacaqlara getdiyini bildirib.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.