Dünya

ABŞ Konqresində ŞOK QƏTNAMƏ: İrana qarşı hərbi əməliyyatlar...

16 Oktyabr 2023 07:34
Baxış: 1 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ Konqresinin yuxarı palatası Vaşinqtona İrana qarşı hərbi əməliyyatlar aparmağa imkan verən qətnaməyə baxacaq".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Respublikaçı senator Lindsi Qrem NBC telekanalında danışıb.

Qrem vurğulayıb ki, o, özü də müvafiq təklifi Senata təqdim edəcək.

Senator, "Hizbullah" və HƏMAS-a maliyyəni kəsmək üçün hərbi gücdən istifadə etməyə hazır olduğunu bildirib, çünki bu təşkilatlar üçün maliyyənin böyük hissəsi İrandan gəlir.

"İranın müvəkkil qüvvəsi olan "Hizbullah" İsrailə böyük bir hücum etsə, mən bunu İsrail dövləti üçün ekzistensial təhlükə hesab edərdim", - Qrem bəyan edib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağında olan fələstinli radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.