Dünya

Qəzza zolağında yaşayan əcnəbilərlə bağlı razılığa gəlindi

14 Oktyabr 2023 20:10
Baxış: 728
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misir, İsrail və ABŞ Qəzza zolağında yaşayan əcnəbilər üçün dəhliz açmaq barədə razılığa gəliblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Tayms of İsrail"  nəşri məlumat yayıb.

Bildirilib ki, həmin dəhliz Misirin Rəfah ərazisindən keçəcək.

Vurğulanıb ki, razılaşma HƏMAS tərəfindən saxlanılan girovlara aid deyil.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.