Dünya

İsrail səfiri: HƏMAS-dan sonra hədəfimiz İrandır

14 Oktyabr 2023 16:04
Baxış: 937
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ayətullahlar rejimi bu gün tam olaraq İkinci Dünya müharibəsindəki Almaniyanın nasist rejiminə çevrilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Ardan xarici mediaya açıqlamasında deyib.

O, HƏMAS-ın ardınca İranın əsas hədəf olacağını bildirib:

"Dünya anlamalıdır ki, onları ciddi şəkildə təhdid etmək lazımdır, çünki bu rejim bütün dünya üçün böyük təhlükədir. İsrailə qarşı hücumlarda İranın əli olduğuna 100 faiz əminik. Tehranın bölgədə proksi qüvvələrini silahlarla təmin etdiyini nəzərdən qaçırmamalıyıq. HƏMAS oktapodun (səkkizayaq - red) ayaqlarından yalnız biridir. Onlarla problemimizi həll edən kimi İsrailin əsas prioriteti İran təhlükəsi ilə mübarizə aparmaq üçün dünyanı birləşdirmək olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.