Dünya

ABŞ fikrini dəyişdi, İranın 6 milyardı yenidən bloklandı

12 Oktyabr 2023 22:22
Baxış: 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Qətərlə razılaşıb ki, İrana məxsus olan və əsirlərin mübadiləsi sazişində istifadəsinə icazə verilən 6 milyard dollar hələlik Tehrana verilməsin.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Nəşr qeyd edir ki, tərəflər İran-ABŞ əsir mübadiləsi çərçivəsində köçürülməsi nəzərdə tutulan İranın altı milyard neft pulunun bir sentini belə Qətərin köçürməyəcəyi barədə ictimailəşdirilməmiş anlaşmaya nail olublar.

Qeyd edək ki, bundan öncə İsrailə hücuma keçən HƏMAS-ın arxasında İranın durduğu və bu təşkilatı Tehranın maliyələşdiridiyi müzakirələri zamanı ABŞ Dövlət Departamenti blokdan çıxarılan 6 milyardın yenidən bloklanacağını istisna etməmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.