Dünya

HƏMAS niyə asanlıqla İsrailə hücum edə bildi? - Detallar üzə çıxır

11 Oktyabr 2023 11:10
Baxış: 1 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

HƏMAS-ın İsrailə hücumu həm İsrail kəşfiyyat xidmətlərinin, həm də hərbçilərin təhlükəsizlik çatışmazlıqları səbəbindən mümkün olub.

Milli.Az bildirir ki, NYT adının açıqlanmayan bir neçə İsrail hökumət rəsmisinə istinadən yazıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, bu çatışmazlıqlara aşağıdakılar daxildir:

  • HƏMAS yaraqlılarının kommunikasiyalarının İsrail kəşfiyyat xidmətləri tərəfindən səmərəsiz monitorinqi.
  • HƏMAS yaraqlılarının hücumdan əvvəl məhv edə bildiyi sərhəddə elektron müşahidə sistemlərindən həddən artıq asılılıq.
  • Sərhəddə yerləşən bölmənin rəhbərliyinin bir hərbi bazada yerləşməsi. Hücum başlayandan dərhal sonra HƏMAS yaraqlıları oranı ələ keçirib və silahlı qüvvələrin qalan hissəsi ilə əlaqəni kəsiblər.
  • HƏMAS funksionerlərinin öz aralarında telefon danışıqları və yazışmaları zamanı guya "İsrailə hücum etmək planlarımız yoxdur" tipli yalanlarının həqiqət, reallıq kimi qəbul edilməsi

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.