ABŞ Prezidenti Co Bayden İsrailə əlavə yardım barədə göstəriş verib.\
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Qeyd olunur ki, Bayden və vitse-prezident Kamala Harris vəziyyətlə bağlı məlumatlandırılıb və israilli tərəfdaşları ilə sıx əlaqə saxlamaq niyyətindədirlər.
Açıqlamada dəstək haqqında heç bir təfərrüat verilməyib.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken deyib ki, İsrailin ABŞ-dan əlavə hərbi yardım istəyib:
"Biz israillilərin etdiyi xüsusi əlavə tələblərə baxırıq - düşünürəm ki, bu barədə daha çox bu gün eşidəcəksiniz".
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından olan fələstinli radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başlayıb.
Milli.Az