Fələstinin HƏMAS hərəkatının yaraqlıları mülki vətəndaşlar və hərbçilər də daxil olmaqla 100 israillini qaçırıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin Vaşinqtondakı (ABŞ) səfirliyi məlumat yayıb.
"300-dən çox israilli öldürülüb, 1800-dən çoxu yaralanıb, 5000-dən çox raket atılıb, 100 mülki şəxs və hərbçi qaçırılıb", - deyə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsində (keçmiş "Twitter") bəyanatında deyilir.
Milli.Az