Dünya

HƏMAS ciddi səhvə yol verdi - Qallant

7 Oktyabr 2023 16:16
Baxış: 1 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

HƏMAS İsrail dövlətinə qarşı müharibəyə başlamaqla ciddi səhvə yol verdi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu yəhudi dövlətinin müdafiə naziri Yoav Qallant bildirib.

"Müdafiə ordusu bölmələrinin əsgərləri düşmənin nüfuz etdiyi bütün istiqamətlərdə döyüşür. İsrail dövləti bu müharibədə qalib olacaq", - müdafiə naziri vurğulayıb.

Qeyd edək ki, Fələstinin Qəzza zolağına nəzarət edən HƏMAS oktyabrın 7-də İsrailə müharibə elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.