Dünya

Qasırğa 190 insana ziyan vurdu

5 Oktyabr 2023 12:59
Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Koinu" qasırğası səbəbindən 190-a yaxın Tayvan sakini tibbi yardıma müraciət edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ölənlər barədə hələ ki, məlumat yoxdur. Ən çox itki Tayçjun (54 nəfər) və Taynan (37) şəhərlərində qeydə alınıb.

Xilasedicilər və digər fövqəladə hallar xidmətlərinin əməkdaşları təhlükəli ərazilərdən üç minə yaxın insanı təxliyə ediblər.

Qeyd edək ki, oktyabrın 3-də Tayvanın Mərkəzi Meteorologiya İdarəsi "Koinu" qasırğasının yaxınlaşması ilə əlaqədar fırtına xəbərdarlığı edib. Oktyabrın 4-də adanın bir sıra bölgələrində məktəblərdə dərslər ləğv edilib, ofislərin fəaliyyəti də dayandırılıb. Tayvanda qasırğa səbəbindən ən azı 93 aviareys və 97 bərə reysi təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.