Dünya

Polis əməliyyat keçirdi: Azyaşlılarla evlənən 1039 nəfər tutuldu

4 Oktyabr 2023 13:22
Baxış: 1 369
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hindistanın şimal-şərqindəki Assam əyalətində polis azyaşlılarla evlənmək və uşaq toyları təşkil etməkdə ittiham olunan 1039 nəfəri həbs edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, həbslər 1929-cu ildə qəbul edilmiş Uşaq Nikahını Məhdudlaşdırma Aktının pozulmasına qarşı aparılan kampaniyanın bir hissəsidir.

Bildirilir ki, yetkinlik yaşına çatmayanların nikahı və uşaq toylarında şübhəli bilinərək həbs edilənlərin sayı arta bilər.

Qeyd olunur ki, Assam ştatında uşaq nikahı qanununu pozduqları üçün son 5 ildə 3907 nəfər həbs edilib, onlardan 3319-u uşaqlara qarşı cinsi zorakılıqda ittiham olunub. Həbs olunanlar arasında uşaqların toylarında iştirak edən keşişlər də var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.