Dünya

Dünyanın ən pis turistik yerləri - SİYAHI

1 Oktyabr 2023 06:06
Baxış: 982
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütəxəssislər bir sıra amilləri təhlil edərək ən pis turistik yerlərin reytinqini tərtib ediblər.

Milli.Az lent.az-a istinadən bildirir ki,  ən pis reytinqə malik Hollivudda yerləşən Şöhrət Xiyabanıdır. İkinci yerdə İstanbuldakı Qapalı Çarşı ( Türkiyə ) qərarlaşıb. Turistlər Qapalı Çarşı ilə bağlı malların keyfiyyətsizliyini, zəif seçim və satıcıların müdaxiləsini qeyd ediblər.

Üçüncü yeri Hindistanın Aqra şəhərindəki Tac-Mahal məqbərəsi tutub. Turistlər hər addımda onları izləyən tacirlərdən şikayətləniblər.

Səyahətçiləri məyus edən digər yerlər arasında Floridadakı Buş Bağçaları (ABŞ), Lotte World, həmçinin Everland əyləncə parkları ( Cənubi Koreya ), Honq-Konqdakı Viktoriya Limanı eləcə də Okean Parkı, Yaponiyadakı Fuşimi İnari məbədi və Böyük Çin səddi yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.