Dünya

Ayın tədqiqi tarixində İLKə imza atılacaq - 2024-cü ildə...

30 Sentyabr 2023 22:54
Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Chang`e-6" zondu 2024-cü ildə qrunt toplamaq üçün Ayın qaranlıq tərəfinə göndəriləcək. Bu, Yerin təbii peykinin kəşfiyyatı tarixində ilk belə layihə olacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) xəbər yayıb.

Bildirilir ki, hazırda Ayın tədqiqi proqramı üçün "Chang`e-6" missiyasının inkişafı plana uyğun olaraq davam edir.

Buraxılış təxminən 2024-cü ilə planlaşdırılır.

Hesabatda, həmçinin qeyd olunur ki, Ayın qaranlıq tərəfindən ilk dəfə qrunt toplanacaq. İndiyədək toplanan bütün nümunələr Yerin peykinin görünən hissəsindən götürülüb.

Zondun eniş yeri kimi Cənub Qütbü - Eytken hövzəsindəki ərazi seçilib.

Zond "Queqiao-2" peyki ilə müşayiət və idarə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.