Dünya

Kremençuka raket hücumu olub, ölən və yaralananlar var

23 Sentyabr 2023 08:32
Baxış: 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinə raket hücumu nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Dmıtro Lunin teleqramda bildirib.

"Kremençuka raket hücumu nəticəsində üçü uşaq olmaqla 31 nəfər yaralanıb. 16 nəfər xəstəxanaya yerləşdirilib... Bir nəfər ölüb. Atışma nəticəsində ətrafdakı tikililərə də ziyan dəyib", - D. Lunin qeyd edib.

Xatırladaq ki, Rusiya qüvvələrinin adı çəkilən şəhərə böyük itkilərə səbəb olan sonuncu hücumu ötən il iyunun 27-də olub. O zaman hadisədə 21 nəfər həlak olmuşdu.

Qeyd edək ki, Kremençuk ölkənin mərkəzində yerləşir və cəbhə bölgəsindən 200 km məsafədədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.