Dünya

Fırtına səbəbindən 44 min ev işıqsız qalıb - FOTOlar

21 Sentyabr 2023 12:45
Baxış: 764
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Finlandiyada fırtınalı küləklər səbəbindən 44 min evin elektrik enerjisi kəsilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Varpu" adı verilən payız fırtınası Finlandiyaya gecə saatlarında gəlib. Usima, Etelya-Savo, Pohyoys-Savo və Şimali Kareliya əyalətlərində təhlükəli güclü küləklə bağlı xəbərdarlıq edilib.

Ölkənin cənub sahillərində və şərq rayonlarında sürəti saniyədə 35 metrə çatan güclü küləklərin əsməsi müşahidə olunub. Qırılan ağaclar səbəbindən avtomobil və dəmir yollarında nəqliyyatın hərəkəti çətinləşib.

Helsinki xilasetmə xidmətinin məlumatına görə, fırtına paytaxtı ötüb keçib. Şəhərdə gecə saatlarında baş vermiş qasırğanın nəticələrinin qarşısının alınması istiqamətində işlər davam edir. Bu səhər yerli sinoptiklər də Laplandiyada ilk qarı qeydə alıblar: qar örtüyünün qalınlığı 20 santimetrə çatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.