Somali hökumət qüvvələri son iki gündə ölkənin mərkəzi hissəsində "Aş-Şabab" ekstremist qruplaşmasının 120 silahlısını məhv edib.
Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Somalinin informasiya nazirinin müavini Əbdirəhman Yusuf Əl-Adala bildirib.
"Zərərsizləşdirilənlər arasında yüksək səviyyəli səhra komandirləri də var", - agentlik onun sözlərini sitat gətirib.
Nizami qoşunlar arasında mümkün itkilər açıqlanmayıb. Əməliyyat Qalmuduq əyalətində keçirilib.
Milli.Az