Dünya

20-ci əsrin əvvəllərinə aid 40-dan çox insan sümüyü aşkar edilib

13 Sentyabr 2023 20:38
Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Sankt-Peterburq şəhərinin "Dubki parkı"nda abadlıq işləri zamanı 40-dan çox insan sümüyü aşkar edilib. Materiallar ekspertizaya göndərilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Şəhərin kurort rayonundakı "Dubki parkı" ərazisində aparılan abadlıq işləri zamanı 40-dan çox insan sümüyü aşkar edilib. Bu fakt əsasında Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsinin Kurort rayonlararası istintaq şöbəsi tərəfindən təhqiqatqabağı yoxlama təşkil edilib və aparılır", - deyə məlumatda bildirilib.

Mətbuat xidmətindən onu da əlavə ediblər ki, müstəntiqlər məhkəmə-tibb ekspertizasının mütəxəssisinin iştirakı ilə hadisə yerinə və aşkar edilmiş insan sümüklərinə baxış keçirib. Təxmini dəfn vaxtı 20-ci əsrin əvvəlləridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.