Dünya

BMT Ermənistanı Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməyə çağırıb

12 Sentyabr 2023 22:25
Baxış: 753
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamələrini xatırlatmaq istərdik və Ermənistanı ona hərtərəfli hörmət etməyə çağırırıq".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında "Report"un müxbirinin Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi qondarma "seçkilər"lə bağlı sualını cavablandırarkən deyib.

Sözçü əlavə edib ki, BMT baş katibi Ermənistanı və Azərbaycanı regionda sülh və təhlükəsizliyin rifahı naminə münasibətlərin uzunmüddətli normallaşması istiqamətində səyləri gücləndirməyə çağırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.