Dünya

Separatçılar ərzaq qıtlığı çəkmir, siyasi oyunların acıdır - VİDEO

11 Sentyabr 2023 17:59
Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyadan gələn humanitar yükün qarşısını Qərb dairələri  kəsir. Bölgədə yaşayan ermənilərin halına acıyan Qərb, onlar üçün  gətirilən yardımın qarşısını  alırsa, deməli, burada  ikili  oyun gedir. Separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlbir olublar.  

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, erməni separatçıları ilə yanaşı, bəzi Qərb dairələri də Ağdam-Xankəndi yolunun işlək olmasından narahatdır. Əgər belə olmasaydı Rusiya tərəfinin göndərdiyi yardıma Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən süni əngəllər yaradılmazdı. Görünür, Qərbin ikili standartları burada da ciddi şəkildə işə düşüb. Necə olur ki, Qərb həm Qarabağdaki ermənilərin acından ölməsinə inanır, həm də humanitar yüklərin əraziyə çatdırılmasına mane olur?

Beynəlxalq Qırmızı Xaç Komitəsinin ayrı - seçkilik siyasəti Qərbin diqtəsidir. Belə çıxır ki, onlar humanitar missiyalarını kənara qoyub, Qərb təsisatı rolunu oynayırlar.

Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin ermənilər üçün bütün "fədakarlıqlara" hazır olduğunu bilirik. Amma istənilən halda Azərbaycan öz ərazisində yüz faiz söz sahibidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.